Meşələr ən çox bu rayonlarda qırılır

Meşələr ən çox bu rayonlarda qırılır
  18 Sentyabr 2020    Oxunub:5667
Meşələrin qırılması ilə bağlı problemli rayonlar var. Bunlar Oğuz, Qəbələ, İsmayıllı və əsasən Lerik rayonlarındakı meşə əraziləridir. Bu rayonlarda artıq insanların vərdişi formalaşıb və meşələrdən vaxtaşırı odun qırılır.
Azvision.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib. Onun sözlərinə görə, Lerik rayonunda əsas yaşayış məntəqələrinin meşənin içərisində olması və qazlaşdırmanın zəif olması qırılmalara səbəb olur.

“Kəndlər və rayonlar nə qədər çox qazlaşdırılsa, meşə qırıntısı azalar. Ümumiyyətlə, ölkə üzrə qazlaşdırmanın 95 faizə çatması nəticəsində meşələrdən odun qırılması halları ilbəil azalıb. 2017-ci ildə meşələrin qanunsuz qırılması 55-56 min kub metr, 2018-ci ildə 28 min kub metrdən çox, 2019-cu ildə 18 mindən kub metrdən yuxarı olub. Hal-hazırda 6600 kub qanunsuz qırıntı olub”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Meşə   Odun  





Xəbər lenti