Tofiq Yaqublu xəstəxanadan evə buraxıldı - YENİLƏNİB

 Tofiq Yaqublu xəstəxanadan evə buraxıldı -  YENİLƏNİB
  18 Sentyabr 2020    Oxunub:4446
Müsavat funksioneri Tofiq Yaqublu xəstəxanadan evə buraxılıb.
Azvision.az -ın məlumatına görə, T.Yaqublu ailə üzvlərinin iştirakı ilə City Hospitaldan evinə yola salınıb.

***
Müsavat partiyasının üzvü Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb.

Azvision.az xəbər verir ki, bu barədə onun həkimi Adil Qeybulla bildirib.

T.Yaqublunun gün ərzində müalicə aldığı xəstəxanadan evə buraxılacağı gözlənilir.

Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində Tofiq Yaqublunun barəsindəki hökmdən verilən apelyasiya şikayətinə baxılıb. Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib və Tofiq Yaqublu ev dustaqlığına buraxılıb

Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdı.

Azvision.az


Teqlər: Tofiq-Yaqublu  





Xəbər lenti