Məhkəmələrə ayrılan avtomobillərin sayı artırıldı

   Məhkəmələrə ayrılan avtomobillərin sayı artırıldı
  18 Sentyabr 2020    Oxunub:3343
Mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi artırılıb.
Azvision.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 2011-ci il 18 iyul tarixli 120 nömrəli və “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, 5 inzibati məhkəməsi və 5 kommersiya məhkəmələrinə ümumilikdə 16 xidməti minik avtomobillərinin ayrılması müəyyən edilib. Belə ki, ölkə üzrə fəaliyyət göstərən beş inzibati məhkəməyə 8, beş kommersiya məhkəməsinə isə 8 avtomobilin verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, indiyədək ölkə üzrə mövcud 5 inzibati-iqtisadi məhkəmənin istifadəsində 10 avtomobil olub.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Məhkəmə  





Xəbər lenti