Azərbaycan daha 10 “Stadler” qatarı alacaq

 Azərbaycan daha 10 “Stadler” qatarı alacaq
  19 Sentyabr 2020    Oxunub:4382
“Azərbaycan Dəmir Yolları” QSC “Stadler Rail Qrup Şirkəti” ilə daha 10 yeni qatarın alınması barədə müqavilə bağlayıb.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq qurumdan məlumat verilib. Bildirilib ki, bunlardan 4-ü dizel, 6-sı birmərətəbəli elektrik qatarlarıdır.
Elektrik qatarlarının 2023-cü ildə ölkəyə gətirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Stadler Rail Qrup Şirkəti”ndən alınan elektrik qatarları Bakı-Xırdalan-Sumqayıt, Bakı-Gəncə, Bakı-Pirşağı-Sumqayıt istiqamətlərində istifadə olunur. Həmçinin Bakıdan Qəbələyə gedən dəmir yolu xəttində də İsveçrənin “Stadler” şirkətinin istehsalı olan “Kiss” markalı elektrik qatarlarından istifadə olunacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qatar  





Xəbər lenti