Abşeronda evdən 15 minlik qızıl oğurlandı

Abşeronda evdən 15 minlik qızıl oğurlandı
  19 Sentyabr 2020    Oxunub:4256
Abşeronda mənzildən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masazır qəsəbəsindəki evlərin birindən 100 ABŞ dolları və 15 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş A. Qəniyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər:





Xəbər lenti