Bazarda 6 maşından oğurluq edildi

Bazarda 6 maşından oğurluq edildi
  19 Sentyabr 2020    Oxunub:4313
Oğurluq etdiyinə görə tutulan şəxsin digər cinayət əməlləri müəyyən edilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan S.Əzizovun ətrafında Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun şəhər ərazisində yerləşən bazarda rayon sakinləri olan 6 nəfərin avtomobillərindən mobil telefonları oğurlaması müəyyən edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti