Azərbaycanda COVID-19-la bağlı həftəlik statistika

 Azərbaycanda COVID-19-la bağlı  həftəlik statistika
  20 Sentyabr 2020    Oxunub:10361
Sentyabrın 7-dən 13-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasından 1051 nəfər sağalıb. Bu, son 3 həftə ərzində ən yüksək göstəricidir.
Azvision.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ötən həftə COVID-19 virusuna 998 yoluxma faktı qeydə alınıb. Həmin göstərici avqustun 17-23-dən etibarən həftələr arasında ən az yoluxma sayıdır.

Bununla yanaşı, ötən həftə koronavirusdan 14 nəfər vəfat edib. Ölüm sayı bir öncəki həftə ilə müqayisədə azalıb.

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 39 min 42 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 601 nəfər müalicə olunaraq sağalıb, 574 nəfər vəfat edib. Aktiv xəstə sayı 1867 nəfərdir.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti