146 yeni yoluxma qeydə alındı, 154 nəfər sağaldı

  146 yeni yoluxma qeydə alındı,  154 nəfər sağaldı
  20 Sentyabr 2020    Oxunub:5468
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 154 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 39 min 188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 755 nəfər müalicə olunaraq sağalıb, 575 nəfər vəfat edib. Aktiv xəstə sayı 1858 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 54 min 792 test aparılıb. Bugünkü test sayı isə 6886-dir.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti