Sabahdan payız fəsli başlayır

 Sabahdan payız fəsli başlayır
  21 Sentyabr 2020    Oxunub:3328
Sabah Azərbaycana payız fəsli qədəm qoyacaq.

Azvision.az xəbər verir ki, payız fəsli ölkəmizə 22 sentyabr saat 17:30:36-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək.
Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən cənub yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində payız fəsli başlayacaq.

Qeyd edək ki, sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Gecələrin uzanması dekabrın 22-nə kimi davam edəcək, həmin gün ən uzun gecə olacaq.

Azvision.az


Teqlər: Payız  





Xəbər lenti