Gənclər və idman komitəsinin iclası keçiriləcək

Gənclər və idman komitəsinin iclası keçiriləcək
  21 Sentyabr 2020    Oxunub:2265
Bu gün Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçiriləcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, iclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində görülən işlər barədə geniş hesabatı təqdim olunacaq. Komitə üzvləri, həmçinin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsini müzakirə edəcəklər.

Sonra deputatlar cari məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis   Komitə   İclas  





Xəbər lenti