Çinin Rusiyadan aldığı kalmarda koronavirus tapıldı

Çinin Rusiyadan aldığı kalmarda koronavirus tapıldı
  21 Sentyabr 2020    Oxunub:2507
Çinin Jilin əyalətinin rəhbərliyi Rusiyadan idxal edilən dondurulmuş kalmar paketlərində koronavirus aşkar edib.
Azvision.az xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.

Qeyd edilib ki, indi həkimlər yükə toxunan insanları virusa qarşı sınaqdan keçirirlər.

Əvvəlcə kalmarlar əyalətin paytaxtı Çançuna gətirilib. Sonra kalmar paketlərindən biri Fuyui şəhərinə aparılıb. Həmin şəhərdə yoluxma faktının olub-olmadığı araşdırılır.

Xatırladaq ki, avqust ayında Çinin iki şəhəri idxal olunan qida paketlərində COVID-19 aşkarlandığını elan edib. Avropa mediası isə öz növbəsində ÜST-in belə xəbərlərdən panikaya düşməmək çağrışını xatırladaraq, virusun bu şəkildə yayılmasının real təhlükə yaratdığına dair heç bir dəlil olmadığını vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin  





Xəbər lenti