Kolleclərə qəbul olanların 25 faizi qeydiyyatdan keçib

Kolleclərə qəbul olanların 25 faizi qeydiyyatdan keçib
  21 Sentyabr 2020    Oxunub:1280
Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunanların qeydiyyatı davam edir .
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, qəbul olunan abituriyentlər 25 sentyabr saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

21 sentyabr saat 11:00-a olan məlumata əsasən, kollecə qəbul olunan abituriyentlərin yalnız 25%-i qeydiyyatdan keçib.

Göstərilən tarixədək müvafiq orta ixtisas təhsili müəssisəsində qeydiyyatdan keçməmək orada təhsil almaqdan imtina kimi dəyərləndirilir və həmin yerlər boş qalan plan yeri kimi yenidən müsabiqəyə çıxarılır.

Azvision.az



Teqlər: DİM   Kollec  





Xəbər lenti