Mağazada soyğunçuluq edən şəxs tutuldu - FOTO
Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsi (OB) və Post Patrul Xidməti Bölüyü əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Anar Cəfərov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman soyğunçuluq yolu ilə əldə etdiyi pul vəsaitləri maddi sübut kimi aşkar olunub.
Faktla bağlı saxlanılan şəxs barəsində 5-ci PB-də toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
Azvision.az
Teqlər: DİN