Bakıda fəhlənin üzərinə dəmir boru düşdü

Bakıda fəhlənin üzərinə dəmir boru düşdü
  21 Sentyabr 2020    Oxunub:4166
Sentyabrın 19-da saat 20 radələrində Yasamal rayonu ərazisində Polad Eynullayevin üzərinə dəmir boru düşməsi nəticəsində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yasamal rayon prokurorluğundan Azvision.az-a bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Yasamal rayonu ərazisində yerləşən “Royal Park” yaşayış massivinin “A” blokunda tikinti işlərinin aparıldığı evdə fəhlə işləyən Polad Eynullayevin sıvay-qazma işləri apararkən dəmir borunun üzərinə düşməsi nəticəsində xəsarət alması müəyyən edilib.

Hazırda faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Azvision.az


Teqlər: Prokurorluq  





Xəbər lenti