Şəhid hərbi qulluqçumuz dəfn edildi - YENİLƏNİB

 Şəhid hərbi qulluqçumuz dəfn edildi -  YENİLƏNİB
  21 Sentyabr 2020    Oxunub:6285
Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu dəfn edilib.
Azvision.az -ın məlumatına görə, düşmən təxribatı nəticəsində şəhid olan kiçik çavuş Məmmədov Elşən Əli oğlu doğulduğu Tovuz rayonunun Qazqulu kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Azvision.az


Teqlər: Şəhid   Tovuz  





Xəbər lenti