Vüsal Hüseynov vətəndaşların videoqəbulunu keçirəcək

  21 Sentyabr 2020    Oxunub : 2866
 Vüsal Hüseynov vətəndaşların videoqəbulunu keçirəcək
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov sentyabrın 24-də saat 15:00-da vətəndaşların videoqəbulunu keçirəcək.
DMX-dən Azvision.az -a bildiriblər ki, videoqəbulda iştirak etmək istəyən vətəndaşlar Xidmətin rəsmi internet səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula yazılanlar şəxsiyyət vəsiqəsini (əcnəbi olduğu təqdirdə yaşama icazəsi və ya xarici pasportu), nümayəndə müraciət etdikdə isə bunu təsdiqləyən rəsmi sənədləri təqdim etməlidirlər.

Müraciətin səbəbi aydın və ətraflı göstərilməlidir.

Azvision.az

Teqlər: Vüsal-Hüseynov   Miqrasiya-Xidməti   Qəbul