Naxçıvanda gənc ədliyyə qulluqçuları and içdilər

Naxçıvanda gənc ədliyyə qulluqçuları and içdilər
  21 Sentyabr 2020    Oxunub:1795
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində yerli icra və probasiya şöbə və bölmələrinin vakant ədliyyə qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqədə müvəffəqiyyət qazanmış namizədlərin andiçmə mərasimi olub.
Azvision.az -ın məlumatına görə, mərasimi Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, baş ədliyyə müşaviri Daşqın Rəhimov açaraq bildirib ki, ədliyyə sistemində müasir tələblərə cavab verən dövlət idarəetmə mexanizmi formalaşıb, ədliyyə orqanlarına qulluğa qəbul aşkarlıq və şəffaflıq prinsiplərinə uyğun həyata keçirilib.

Sonra yaradılan şəraitə görə minnətdarlıqlarını bildirən gənc ədliyyə qulluqçuları Azərbaycan Respublikasının Dövlət Bayrağının önündə and içib və andın mətnini imzalayıblar.

Azvision.az


Teqlər: Naxçıvan   Ədliyyə  





Xəbər lenti