“Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir” - Prezident

 “Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir” -    Prezident
  21 Sentyabr 2020    Oxunub:2952
Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında söyləyib.

Dövlətimizin başçısı vurğulayıb ki, mənfur nasist general Qareqin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistanın bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrinası və milli təhlükəsizlik strategiyası qəbul edilib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident   BMT  





Xəbər lenti