Səfərbərlik Xidməti vətəndaşlara müraciət etdi

   Səfərbərlik Xidməti vətəndaşlara müraciət etdi
  22 Sentyabr 2020    Oxunub:4683
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanununa əsasən, ehtiyatda olan hərbi vəzifəlilər planlı şəkildə hərbi təlimə çağırılır.

Azvision.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimayyiətlə əlaqələr şöbəsinin müdiri Füzuli İsmayılov deyib.
O bildirib ki, Dövlət Xidmətinin əsas vəzifəsindən biri olaraq ehtiyatda olan hərbi vəzifəlilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün hərbi təlim toplanışına çağırılması bundan əvvəlki dövrlərdə də həyata keçirilib.
Səfərbərlikdən qaçan ruslar Cənubi Koreya aeroportunda yaşayırlar

"Hazırda ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışları həyata keçirilir və bu, plan üzrə həyata keçirilir. Bir daha xatırladırıq ki, qanunvericiliyə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilər hərbi təlimlərə çağırılıb və hərbi hissələrə yola salınıb. Əhaliyə və ictimaiyyətə müraciət edirik ki, bu yolasalınma, hərbi təlim toplanışları, ehtiyatda olan hərbi vəzifəlilərin çağırılması heç bir təşviş üçün əsas vermir. Bu təlim toplanışı plana uyğun şəkildə həyata keçirilir", - deyə Xidmət rəsmisi vətəndaşlara müraciətində vurğulayıb.

Azvision.az


Teqlər: Səfərbərlik   Xidmət  





Xəbər lenti