Ərdoğan Ermənistanın hücumlarından danışdı

  Ərdoğan Ermənistanın hücumlarından danışdı
  22 Sentyabr 2020    Oxunub:4202
Suriya, Liviya, Yəməndə hələ də davam edən humanitar böhranlarla bağlı riyakarlığını və prinsipsizliyini sübut edən ölkələrin dünyaya haqq-ədalət verə bilməyəcəyini bir daha təkrar edirəm. Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısını almaq üçün addımın atılmaması bunun əsl nümunələrindən biridir.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin onun sədrliyi ilə keçirilən növbəti iclasından sonra xalqa müraciətində bildirib.

Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyənin heç kəsin torpağında gözü yoxdur. Türkiyə öz hüquq və haqlarını sonadək müdafiə edəcək.

Azvision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti