“Böyük qələbə günü uzaqda deyil” - Deputat

“Böyük qələbə günü uzaqda deyil” -  Deputat
  22 Sentyabr 2020    Oxunub:3189
Dövlət sərhədimizin Tovuz rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 1 hərbi qulluqçumuz şəhid olub, 1 əsgərimiz yaralanıb. BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirən Ermənistanın təxribat xarakterli bu kimi əməlləri onun iç üzünü aşıq-aşkar göstərir.
Azvision.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, ölkəmizin bir şərti var: işğalçılar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar: "Artıq bıçaq sümüyə dirənib. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək. Reallıq isə bundan ibarətdir ki, Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Bütün bunlara baxmayaraq, yüksək döyüş əzmində olan ordumuz torpaqlarımızı azad etməyə və bütün cəbhələrdə düşməni geri oturtmağa qadirdir. Ordumuzun hərbi hazırlığına və döyüş əzminə, vətəndaşlarımızın yüksək vətənpərvərlik və milli birlik hissinə güvənərək əminliklə qeyd edirəm ki, böyük qələbə günü uzaqda deyil".

Azvision.az


Teqlər: Deputat   Vüqar-Bayramov  





Xəbər lenti