Xalq artistinin oğluna XİN-də yeni vəzifə verildi - FOTO

   Xalq artistinin oğluna XİN-də yeni vəzifə verildi -    FOTO
  22 Sentyabr 2020    Oxunub:4176
Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin keçmiş rəisi Pərvin Mirzəzadəyə yeni vəzifə verilib.
Azvision.az “Report”a istinadən xəbər verir ki, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, Xarici İşlər naziri Ceyhun Bayramovun əmri ilə P.Mirzəzadə xüsusi tapşırıqlar üzrə səfir təyin olunub.

Qeyd edək ki, Pərvin Mirzəzadə mərhum Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin oğludur.



Azvision.az



Teqlər: XİN   Səfir  





Xəbər lenti