Prezident Səudiyyə Kralını təbrik etdi

 Prezident Səudiyyə Kralını təbrik etdi
  22 Sentyabr 2020    Oxunub:3744
Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik ünvanlayıb.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir: “Əlahəzrət,

Əziz Qardaşım,

Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Dostluq, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur. Əminəm ki, güclü İslam həmrəyliyinə söykənən bu münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində müvəffəqiyyətlə genişlənəcək və möhkəmlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti