Dövlət Agentliyi bu il 100 təcili yardım avtomobili alıb
"Ambulansların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobillər bir sıra özünəməxsus özəlliklərə malikdirlər. Belə ki, “Mercedes Sprinter 416” bazasında təcili tibbi yardım avtomobilləri (reanimobil) avadanlıq və burada göstərilən tibbi yardımın genişliyi baxımından digər ambulanslardan fərqlənirlər. Avtomobillər bir neçə xərəklə - əsas xərək, çoxfunksiyalı xərək (pilləsiz), scoop xərək, onurğa xərəyi, vakuum xərəyi və pompa, daşıma çadırı, üfürülən şina dəsti, dartma şina, vakuum şina dəsti, defibrilyator, portativ süni tənəffüs aparatı, inqolyator, elektrokardioqramma, reanimasiya çantası və s. vasitələrlə təchiz ediliblər.
“Ford Transit” bazasında təcili tibbi yardım avtomobilləri isə ana xərək və döşək, sovurma avadanlığı, oksigen borusu və balonu və s. ilə təchiz ediliblər”.
Azvision.az
Teqlər: Koronavirus Təciliyardım