“Məktəblər açılmasaydı, yoluxma olmayacaqdı?”

 “Məktəblər açılmasaydı, yoluxma olmayacaqdı?”
  22 Sentyabr 2020    Oxunub:4020
95 şagird və 26 işçi heyətin koronavirusa yoluxması təhsil başlamasaydı olmayacaqdı? Yoluxma yenə olacaqdı. Ona görə yoluxmanı təkcə məktəblərlə bağlamaq düzgün deyil.
Bunu Azvision.az -a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, təhsil eksperti Şahlar Əsgərov deyib.

Onun sözlərinə görə, bu, cəmiyyətin problemidir və vətəndaşlar öz davranışına yenidən baxmalıdır:

“Qaydalara riayət olunmalıdır. Müəllim və şagirdlər arasında yoluxmanı məktəblə, Təhsil Nazirliyi ilə bağlamaq yersizdir. Bunlar ümumilli mənafeyə qulluq etməyən təzyiqlərdir. Çətin şəraitdə belə təhsil verməliyik. Lakin davranış qaydalarını dəyişməliyik və Operativ Qərargahın qaydalarına hamılıqla riayət etməliyik”.

Qeyd edək ki, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Koronavirus  





Xəbər lenti