Prokurorluq işçiləri yenidən qanvermə aksiyasında - VİDEO

Prokurorluq işçiləri yenidən qanvermə aksiyasında -    VİDEO
  22 Sentyabr 2020    Oxunub:3123
Prokurorluq işçiləri tərəfindən qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək verilməsi məqsədilə təşkil edilmiş könüllü qanvermə aksiyaları davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbirlərin davamı kimi, sentyabrın 22-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Bakı şəhər prokurorluğunda Respublika Talassemiya Mərkəzində qeydiyyata alınıb və qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək olmaq məqsədilə könüllü qanvermə aksiyası keçirilib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının birgə təşkilatçılığı ilə xüsusi karantin rejimi qaydalarına riayət edilərək reallaşdırılan aksiyada könüllü prokurorluq əməkdaşları qana ehtiyacı olan vətəndaşlarımızın köməyinə çatmaq üçün həvəslə iştirak ediblər.

Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım etmək məqsədilə istifadə olunacaq.



Azvision.az



Teqlər: Prokurorluq   Qanvermə  





Xəbər lenti