Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
  22 Sentyabr 2020    Oxunub:1664
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun oktyabrın 14-nə təyin edilmiş iclasında baxılacaq.

Azvision.az



Teqlər: Konstitusiya   Məhkəmə  





Xəbər lenti