Əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlayır

Əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlayır
  23 Sentyabr 2020    Oxunub:1817
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzlərində oktyabrın əvvəllərindən əlilliyi olan şəxslərin qəbuluna başlanması nəzərdə tutulur.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, əhali arasında virusa yoluxma sayının azalması və xəstələrin sağalmasında müsbət dinamika nəzərə alınaraq, əlilliyi olan şəxslərin mərhələli şəkildə reabilitasiya mərkəzlərində stasionar formada qəbulu planlaşdırılır. İlkin mərhələdə pandemiya ilə əlaqədar bərpa müalicəsi yarımçıq qalan, yüksək reabilitasiya potensiallı və daha çox reabilitasiyaya ehtiyacı olan şəxslər, eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlar bərpa müalicəsi ilə təmin ediləçək. Həmin şəxslərin növbəlilik əsasında reabilitasiya müəssisələrinə qəbulu həyata keçiriləcək.

Sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq sosial məsafənin qorunması məqsədi ilə əlilliyi olan şəxslər palatalarda tək yerləşdiriləcək. Ümumilikdə, postpandemiya dövründə bərpa mərkəzlərində əlilliyi olan şəxslərin və işçi heyətinin COVİD-19 infeksiyasından qorunması üçün profilaktik tədbirlərə dair daxili təlimatlar hazırlanıb.

Azvision.az



Teqlər: ƏƏSMN   Əlillik  





Xəbər lenti