"Azərbaycan heç vaxt başqasının torpağına iddia etməyib" - MM sədri

 "Azərbaycan heç vaxt başqasının torpağına iddia etməyib" -  MM sədri
  23 Sentyabr 2020    Oxunub:2015
Milli Məclisin Sədri Sahibə Qafarova sentyabrın 23-də Rusiya səfəri çərçivəsində Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri barədə danışıb.
Azvision.az -ın məlumatına görə, spiker bildirib ki, Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn tanınmış norma və prinsipləri, ilk növbədə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında həllində dinc diplomatik səylərə daim sadiq qaldığını nümayiş etdirir.
Sahibə Qafarova Ermənistan parlamentinin spikerini susdurdu

"Təəssüf ki, Azərbaycan tərəfinin problemin sülh yolu ilə həlli istiqamətində bütün səyləri müxtəlif təxribatlara və hərbi ritorikaya üstünlük verən Ermənistan hakimiyyətinin qeyri-konstruktiv siyasəti nəticəsində puç olur. Məsələn, Azərbaycanın mülki obyektlərinə zərbələr endirilməsinə dair təhdidlərə necə qiymət vermək olar?

Bildirmək istəyirəm ki, Azərbaycan heç vaxt başqasının torpağına iddia etməyib. Azərbaycan xalqı özünün tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç bir zaman imkan verməyəcək.”

Azvision.az


Teqlər: Sahibə-Qafarova  





Xəbər lenti