Övladlığa götürüləcək uşaqlarla bağlı təkliflər hazırlandı

 Övladlığa götürüləcək uşaqlarla bağlı təkliflər hazırlandı
  23 Sentyabr 2020    Oxunub:3184
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən tərəfindən övladlığa götürülən bəzi uşaqlarla bağlı stimullaşdırıcı proqramlar təklif edilir. Övladlığa götürüləcək bəzi uşaqlarla bağlı müavinətlər paketi layihəsi Milli Məclisə təklif olunub. Təkliflər qəbul olunarsa, qanun 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Müavinətlərin verilməsi bundan sonrakı hallara şamil olunacaq və əvvəlki dövrlərdə olan hallara şamil olunmayacaq.
Azvision.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda bəzi sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi praktikası olmayıb.

“Onların sayı bu illər ərzində yığılıb. 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağın övladlığa götürülməsi üçün 480 manat aylıq müavinət təklif edilib. Həmçinin 3 yaşdan yuxarı uşaqların övladlığa götürülməsi praktikası da azdır. Ailələr əksər vaxtlar 0-2, 0-3 yaş arası uşaqları övladlığa götürür. 3 yaşdan yuxarı uşaqlar müəssisələrdə qalır və yaş artdıqca onların övladlığa götürülmə şansı azalır. Yeni təklifdə 3 yaşdan yuxarı uşağı övladlığa götürəcək şəxslərə aylıq 160 manat müavinət verilməsi nəzərdə tutulub. Təkliflərdə nəzərdə tutulur ki, belə uşaqların təhsil və səhiyyə xərcləri dövlət tərəfindən qarşılansın”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Övladlığa-verilmə   ƏƏSMN  





Xəbər lenti