"Belarusda "rəngli inqilab" iflasa uğradı - Lukaşenko

"Belarusda "rəngli inqilab" iflasa uğradı -  Lukaşenko
  23 Sentyabr 2020    Oxunub:3264
Belarusda "rəngli inqilab" iflasa uğradı.
Azvision.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko andiçmə mərasimində deyib.

"Bizim dövlətçiliyimizə qarşı böyük bir problem ortaya atdılar - müstəqil dövlətlərin məhv edilməsi üçün dəfələrlə işlənmiş etibarlı texnologiyalardan istifadəyə çalışdılar. Ancaq biz "rəngli inqilabın” baş tutmadığı çox az sayda - hətta bəlkə də yeganə dövlət olduq. Və bu heç bir şəkildə ölkəni itirmək istəməyən belarusların seçimidir".

Lukaşenko deyib ki, ölkədəki hadisələr belarusların böyük əksəriyyətinin torpaqlarını sevdiyinə, ona sülh, əmin-amanlıq və firavanlıq arzulamasına əmin olmağa imkan yaratdı.

"Kənardan şeytani şəkildə müdaxilələrə baxmayaraq, bir-birimizə hörmətimizi saxladıq".

Xatırladaq ki, bu gün Lukaşenki and içərək 6-cı müddətə rəsmən prezident kimi fəaliyyətə başlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus   Prezident  





Xəbər lenti