Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə getdi

 Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə getdi
  24 Sentyabr 2020    Oxunub:2738
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.

Azvision.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində nazirin Gürcüstanın yüksək səviyyəli rəsmiləri ilə görüşləri keçiriləcək.
C.Bayramov “Twitter” səhifəsində yazıb ki, strateji əlaqələrimizi daha da gücləndirmək üçün səmərəli müzakirələrin aparılacağını gözləyir:

“Beynəlxalq hüquq normalarına və prinsiplərinə ciddi hörmət əsasında regional barışı, təhlükəsizliyi və tərəqqini təmin etməyə qərarlıyıq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ceyhun-Bayramov   XİN   Gürcüstan   Səfər  





Xəbər lenti