Arxa cəbhə ol, arxadakı cəbhə olma!

      Arxa cəbhə ol, arxadakı cəbhə olma!
  24 Sentyabr 2020    Oxunub:15112
“İnformasiya müharibəsi” anlayışının mahiyyətini düzgün anlamaq lazımdır. Bu, təkcə ön cəbhə ilə bağlı xəbərləri paylaşıb-paylaşmamaq məsələsi deyil, daha geniş və ciddi məsələdir.
Bütün dövrlərdə informasiya müharibəsinin bir məqsədi olub: əsgərdə öz sərkərdəsinə, vətəndaşda öz rəhbərinə qarşı şübhə, inamsızlıq, etimadsızlıq yaratmaq. Bu gün də heç nə dəyişməyib.

Ona görə də, həssas anlarda yayılan informasiyaya yanaşmada belə bir meyarı əsas götürmək lazımdır: Əgər o, vətəndaşda öz Ordusuna, Hakimiyyətinə qarşı şübhə, etimadsızlıq formalaşdırırsa, demək, böyük ehtimalla, siz informasiya müharibəsinin təsirinə məruz qalırsınız. Çünki həssas məqamlarda məhz vətəndaş-ordu, vətəndaş hakimiyyət birliyi tələb olunur, düşmən tərəf isə ilk növbədə bunu pozmağa çalışır.

Həssas anlarda biz informasiya savaşının arxa cəbhəsi olmağın məsuliyyətini dərk etməliyik. Bütün siyasi, sosial və digər narazılıqlar bir kənara qoyularaq, Ordumuza – ön cəbhəyə dəstək olmalıyıq. Belə məqamlarda bizim yazdığımız, paylaşdığımız hər bir yanlış, ziyanlı fikir öz əsgərimizə arxadan atılan gülləyə bənzəyir. Yəni biz arxa cəbhə olmaqdan çıxıb, arxadakı cəbhəyə çevrilirik.
Düşmənin istədiyi də elə budur.




Teqlər: İnformasiya-müharibəsi  





Xəbər lenti