“Yeni sazişlə bağlı danışıqlar uğurla davam edəcək” - Prezident
Dövlətimizin başçısı ümidvar olduğunu bildirib ki, yeni sazişlə bağlı danışıqlar uğurla davam edəcək.
“Əlbəttə ki, pandemiya ilə əlaqədar vəziyyət bizim planlarımıza müdaxilə etdi. Bizdə bir neçə ay davam edən karantin rejimi tətbiq olundu. Buna görə bizim heç bir fəal, fiziki təmaslarımız olmadı. Lakin faktiki olaraq əməkdaşlıq davam edir. Buna görə də əminəm ki, bizdə yeni əməkdaşlıq formatı olacaq”, - deyə Prezident qeyd edib.
Azvision.az
Teqlər: İlham-Əliyev Prezident