Baş Prokurorluğun əməkdaşı sualları cavablandırdı - VİDEO

  24 Sentyabr 2020    Oxunub : 2225
Baş Prokurorluğun əməkdaşı sualları cavablandırdı -    VİDEO
Xəbər verildiyi kimi, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Azvision.az -a bildirilib ki, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.

Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Əbdülsəməd Əzizli prokurorluq orqanlarının fəaliyyətlə bağlı “Baş Prokurorluğun yeni yaradılmış Cinayət təqibindən kənar icraatlar idarəsinin fəaliyyət istiqaməti nədən ibarətdir?” sualını cavablandırıb.

Təqdim olunmuş videonu izləməklə həmin sualların cavablarını öyrənə bilərsiniz.



Azvision.az

Teqlər: Prokurorluq