Azərbaycanda 162 yeni yoluxma qeydə alındı

 Azərbaycanda 162 yeni yoluxma qeydə alındı
  24 Sentyabr 2020    Oxunub:4510
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 133 nəfər sağalıb, 162 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 39 min 686 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37 min 255 nəfər müalicə olunaraq sağalıb, 581 nəfər vəfat edib. Aktiv xəstə sayı 1850 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 80 min 873 test aparılıb. Bugünkü test sayı isə 7618-dir.

Azvision.az


Teqlər: Koronavirus   Azərbaycan  





Xəbər lenti