“Onların təhsil haqqını dövlət ödəyəcək” - Məleykə Abbaszadə

 “Onların təhsil haqqını dövlət ödəyəcək” -  Məleykə Abbaszadə
  24 Sentyabr 2020    Oxunub:2675
Ali məktəblərə ödənişli əsaslarla qəbul olunanların bir qisminin ödənişi dövlət hesabına həyata keçiriləcək.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu, həmişə olub, amma cari ildən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin övladları sənədlərini hazırlamalı və universitetə təqdim etməlidir: “Bu zaman onların təhsil haqqı dövlət hesabına ödəniləcək".

M.Abbaszadə əlavə edib ki, gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlərin sənəd qəbulu zamanı müəyyən edilməsi mümkün ola bilər.

“Hələki bizdə həmin şəxslərin sayı barədə məlumat yoxdur. Biz ərizələri qəbul edən zaman abituriyentin FİN kodu vasitəsilə kimliyini yoxlayırıq".

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM  





Xəbər lenti