Parlamentin qanunvericilik işlər planı məlum oldu - SİYAHI

  Parlamentin qanunvericilik işlər planı məlum oldu -  SİYAHI
  25 Sentyabr 2020    Oxunub:2379
Azərbaycan Milli Məclisinin 2020-ci il payız sessiyasının qanunvericilik işlər planı müəyyənləşib.
Azvision.az xəbər verir ki, bu barədə Milli Məclisin 30 sentyabrda keçiriləcək ilk plenar iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında” qanun layihəsində qeyd olunub. Layihəyə əsasən, İş Planına 14 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Prezidenti-nin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri

2. Azərbaycan Respublikası Dövlət büdcə Zərfinə daxil olan qanun layihələri

3. Azərbaycan Respublikası Milli Məclisinin İntizam Komissiyasının Əsasnaməsi nin təsdiq eidlməsi haqqında” qanun layihəsi

4. Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin Xüsusi hissəsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasının layihəsi

5. “Daxili qoşunlar haqqında” qanun layihəsi

6. “Hərbi qulluqçuların statusu” haqqında” qanun layihəsi.

7. “Lombardlar haqqında” qanun layihəsi

8. “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında! qanun layihəsi

9. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi

10. “Ali təhsil haqqında” qanun layihəsi

11. “Turizm haqqında” qanun layihəsi

12. “Kinematoqrafiya haqqında” qanun layihəsi

13. “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi

14. “Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında” qanun layihələri.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Parlament   Qanunvericilik   İşlər-planı  





Xəbər lenti