Paşinyan onu tənqid edən deputatları həbs etdirir

Paşinyan onu tənqid edən deputatları həbs etdirir
  25 Sentyabr 2020    Oxunub:3457
“Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Naira Zohrabyan yaxın vaxtlarda ona və həmkarı Qevork Petrosyana qarşı cinayət işlərinin başlanacağını və bunun həbslə nəticələnə biləcəyini istisna etmir.
Azvision.az xəbər verir ki, bu barədə Zohrabyan açıqlamasında bildirib.

Onun sözlərinə görə, telefon danışıqları gecə-gündüz dinlənilir və tezliklə ölkə vətəndaşlarının təhqir olunduğu düzəlişlər edilmiş səsyazısı yayımlanacaq.

Bundan əlavə, erməni deputat deyib ki, baş nazir Nikol Paşinyanın göstərişi ilə hüquq-mühafizə orqanları ona və Petrosyana qarşı ifadə verməyə hazır olan və seçiciləri rüşvətlə ələ almaqda günahlandıran “kamikadze” tapmağa çalışır. Bunun əsasında cinayət işləri başlanacaq.

Zohrabyan hesab edir ki, O, Ermənistan tarixinin ən yaxşı 20 deputatından biridir və kiməsə rüşvət verməyin mənası yoxdur. Ancaq hakimiyyətdəkilər vəhşi təxəyyülə malikdirlər, mənəvi qanunlardan məhrumdurlar, bu səbəbdən onlardan hər şeyi gözləmək olar.
Ermənistanın müxalifət lideri: “Ölkədə vəziyyət daha da pisləşir”

Erməni deputat əlavə edib ki, hakimiyyət müxalifətə təzyiq göstərməyə və keçmişdə olduğu kimi susdurmağa çalışır: “Anam, bacım və qızımla danışaraq, onları hazırlamışam. Ailəm və qohumlarım hazırdır. Mən həbs olunmaqdan qorxmuram. Qanunsuz heç nə etmədik və hər şeyə hazırıq".

Zohrabyan “Aykakan Jamanak” qəzetində (Paşinyan nəşrin baş redaktoru olduğu dövrdə) işlədiyi vaxt bəzi həssas məlumatlara sahib olmasına eyham vurub, ancaq onun üçün mövcud olan tabular səbəbindən həmin faktkarı açıqlaya bilmədiyini deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:   Ermənistan  





Xəbər lenti