Dövlət Komitəsinə 42,5 milyon manat ayrıldı - SƏRƏNCAM

   Dövlət Komitəsinə 42,5 milyon manat ayrıldı -    SƏRƏNCAM
  25 Sentyabr 2020    Oxunub:2929
Prezident İlham Əliyev məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 42,5 milyon (qırx iki milyon beş yüz min) manat ayrılıb.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti