XİN rəhbəri Yunanıstan səfiri ilə görüşdü

XİN rəhbəri Yunanıstan səfiri ilə görüşdü
  25 Sentyabr 2020    Oxunub:2403
Xarici İşlər naziri Ceyhun Bayramov Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqosu qəbul edib.
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əlaqələr barədə fikir mübadiləsi aparılıb.

Hər iki tərəf ikitərəfli münasibətlərə böyük əhəmiyyət verdiklərini və bu əlaqələri hər iki ölkənin qarşılıqlı mənfəəti naminə bütün sahələrdə daha da inkişaf etdirməyə hazır olduqlarını ifadə ediblər.

Xüsusilə də Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlıq potensialından tam istifadə olunmasının vacibliyi vurğulanıb.

Tərəflər beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Azvision.az


Teqlər: XİN   Nazir   Görüş   Səfir  





Xəbər lenti