İctimai nəqliyyat iki gün işləməyəcək

  26 Sentyabr 2020    Oxunub : 1613
   İctimai nəqliyyat iki gün işləməyəcək
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək.
Azvision.az -ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərar qəbul edib.

Qərara əsasən, 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti, eləcə də Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Azvision.az

Teqlər: Avtobus   Metro