Qarabağda yoluxma sayı artmaqda davam edir

  26 Sentyabr 2020    Oxunub : 1303
 Qarabağda yoluxma sayı artmaqda davam edir
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində koronavirusa 17 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, Qarabağda koronavirusa yoluxanların ümumi sayı 421 nəfərə yüksəlib.

Yeni yoluxmalar Xankəndi, Şuşa, Kəlbəcər və digər işğal altındakı ərazilərdə aşkarlanıb.

Hazırda Qarabağda 81 aktiv xəstə var, 104 nəfər təcrid edilib, 2 xəstənin vəziyyəti ağır qiymətləndirilir. İndiyədək 14 245 test aparılıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qarabağ   Koronavirus