Bu günə olan yoluxma sayı açıqlandı

 Bu günə olan yoluxma sayı açıqlandı
  26 Sentyabr 2020    Oxunub:3518
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 131 nəfər sağalıb, 108 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 39 min 895 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37 min 523 nəfər müalicə olunaraq sağalıb, 585 nəfər vəfat edib. Aktiv xəstə sayı 1787 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 95 min 543 test aparılıb. Bugünkü test sayı isə 7965-dir.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya   COVID-19  





Xəbər lenti