Vasif Talıbov arıçılarla görüşdü, bal aldı - FOTOLAR

Vasif Talıbov arıçılarla görüşdü, bal aldı -   FOTOLAR
  27 Sentyabr 2020    Oxunub:3301
Naxçıvan Muxtar Respublikasında “Arıçılıq məhsulları - bal festivalı” keçirilir.
Azvision.az xəbər verir ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan festivalda Muxtar Respublikanın Ali Məclisinin Sədri Vasif Talıbov da iştirak edib.

V.Talıbov arıçılarla söhbət edib, bal alıb və onların qayğıları ilə maraqlanıb.

Ali Məclisin Sədri arıçılığın inkişafı ilə bağlı qəbul olunmuş Dövlət Proqramından irəli gələn vəzifələrin icrası, arıçılara kreditlərin verilməsinin davam etdirilməsi, onların təkliflərinin nəzərə alınması, Naxçıvan Dövlət Universitetində dərman bitkilərindən qarışıqların hazırlanması və bitki herbarilərinin çoxaldılması barədə tapşırıqlar verib.

Qeyd edək ki, festival sentyabrın 27-də də davam edəcək, arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə keçiriləcək.









Azvision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti