“Azərbaycan tək deyil” - Türkiyədən erməni təxribatlarına reaksiya

 “Azərbaycan tək deyil” - Türkiyədən erməni təxribatlarına reaksiya
  27 Sentyabr 2020    Oxunub:4574
“Ermənistan Azərbaycanın mülki yaşayış yerlərinə hücum edərək atəşkəsi pozub, sülh və sabitliyə qarşı olduğunu bir daha nümayiş etdirib. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını qətiyyətlə qınayırıq”.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət təhlükəli təxribatın dərhal dayandırması üçün səsini ucaltmalıdır: “Türkiyə bu hücumların qarşısında Azərbaycanın yanındadır. Hücumlarda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir”.

Azvision.az


Teqlər: İbrahim-Kalın  





Xəbər lenti