QHT-lər Tramp, Putin və Makrona müraciət etdi

QHT-lər Tramp, Putin və Makrona müraciət etdi
  27 Sentyabr 2020    Oxunub:3811
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında "İctimai Liderlər Platforması" BMT-nin Təhlükəsizlik Şurasına, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə, ABŞ-ın prezidenti cənab Donald Trampa, Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putinə, Fransa Respublikasının prezidenti cənab Emanuel Makrona müraciət ünvanlayıb.
Azvision.az xəbər verir ki, müraciətdə deyilir:

"27 sentyabr 2020-ci ildə saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə etməklə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə geniş miqyaslı hərbi əməliyyatlara başlamışdı. Ermənistanın bütün cəbhə boyu təşkil etdiyi hərbi təcavüz nəticəsində Azərbaycan ordusunun əsgərləri və cəbhəyanı ərazilərdə yaşayış məntəqələri və mülki əhali hədəfə alınmışdır. Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar barəsində məlumatlar vardır, vətandaşların mülkiyyətinə ciddi ziyan dəymişdir.

Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır.

Ermənistan hərbi-siyasi rəhbərliyinin uzun müdddət hazırlaşdığı və bu gün başlatdığı Azərbaycana qarşı hücumu hazırda bütün cəbhə boyu davam edir. Bu beynəlxalq hüququn ayaqlar altına atılması və Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiq etmək aktıdır.

Əgər bu ilin iyul təcavüzünə görə işğalçı Ermənistanın qanunsuz əməllərinə beynəlxalq təşkilatlar tərəfindən, xüsusilə BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Human Right Watch, Amnesty İnternational, Freedom House və digərləri tərəfindən adekvat qiymət verilsəyidi və təcavüzkar cəzalandırılsaydı, indi biz Ermənistanın növbəti təcavüzünün şahidi olmazdıq.

Buna görə də, biz, bu bəyanata imza atan, siyasi mövqeyindən asılı olmayaraq Azərbaycanın bütün qeyri-hökumət təşkilataları sizlərə müraciət edir və Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzü qəti şəkildə pisləməyə, Ermənistanın yeni işğal niyyətini durdurmaq üçün təsirli addımlar atmağa və təcavüzkarı cəzalandırmağa çağırırıq.

Ermənistanın müharibə cinayətlərinin davam etməsinə, Azərbaycana qarşı başladığı yeni hərbi təcavüzə, beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğuna və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi məlum qətnamələrini yerinə yetirmədiyinə görə beynəlxalq ictimaiyyət və sizlər də məsuliyyət daşıyırsınız".

Azərbaycanın "İctimai Liderlər Platforması"nın üzvləri:



1. Rauf Zeyni Milli Qeyri-Hökumət Təşkilatları Forumu
2. Sabit Bağırov Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu
3. Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondu
4. Əliməmməd Nuriyev Konstitusiya Araşdırmalar Fondu
5. Sahib Məmmədov Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası
6. NovelaCəfərova D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyəti

7. Səadət Bənənyarlı "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyi
8. Səltənət Qocamanlı İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi
9. Qorxmaz İbrahimli Biosfer İctimai Birliyi
10. Əvəz Həsənov Humanitar Tədqiqatlar İctimai Birliyi
11. Əziz Ələkbərov Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi
12. İsrayıl İsgəndərov "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi
13. Vüqar Bayramov İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi
14. Çingiz Qənizadə Demokratiya və İnsan Hüquqlari Komitəsi
15. Məhərrəm Zülfüqarlı İctimai Problemlərin Tədqiqi Assosiasiyası
16. Kamil Səlimov "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" ictimai birliyi
17. Fuad Məmmədov "Simurq Azərbaycan Mədəniyyət Assosiasiyası”
18. Eyyub Hüseynov "Azad İstehlakçılar" İctimai Birliyi
19. Tənzilə Rüstəmxanlı Azəri Türk Qadinlar Birliyi
20. Mirvari Qəhrəmanova Neftçilərin Hüqularını Müdafiə Təşkilatı İctimai Birliyi
21. Şəmistan Əlizamanlı "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi
22. Akif Nağı Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyi
23. Osman Gündüz Multimediya Sistemləri İctimai Birliyi
24. Mayis Əliyev Sosial Hüquqların Araşdırılması
25. İradə Rizazadə "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi
26. Bahar Qasımova "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyi
27. Məlahət İbrahimqızı "Lider Qadınlar" İctimai Birliyi
28. Fizüli Rzaquliyev Vətən Müharibəsi Veteranları İctimai Birliyi
29. Mehdi Mehdiyev Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi
30. Mehriban Zeynalova Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi
31. Əhməd Abbasbəyli "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi
32. Nəsiman Yaqublu Tarix və Mətbuat Araşdırmalarına Dəstək
33. Şahin Rəcəbov "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyi
34. Aydın Əbilov "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi
35. Fikrət Yusifov Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
36. Elçin Hüseynov "Azərbaycan Yazarlar Klubu" İctimai Birliyi
37. Aydın Kərimov Müstəqil Hüquq Mərkəzi
38. Əhməd Qəşəmoğlu Tərəqqi və Demokratiya İctimai Birliy
39. Hafiz Həsənov Hüquq və İnkişaf İctimai Birliyi
40. Mirəli Hüseynov Demokratiyanı Öyrənmə İctimai Birliyi
41. Şəmsəddin Əliyev Polisə Dəstək İctimai Birliyi
42. Asif Əsgərli Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı
43. Emin Həsənli Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi
44. İlqar Orucov Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi

Azvision.az


Teqlər: QHT   Müraciət  





Xəbər lenti