“Bunlar çoxdan gözlədiyimiz qələbənin ilk müjdələridir” - Əli Əhmədov

   “Bunlar çoxdan gözlədiyimiz qələbənin ilk müjdələridir” -    Əli Əhmədov
  27 Sentyabr 2020    Oxunub:2095
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov özünün rəsmi “Facebook” səhifəsində işğal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində Milli Ordumuzun apardığı uğurlu əməliyyatlardan bəhs edən növbəti paylaşım edib.
Azvision.az -ın məlumatına görə, paylaşımda deyilir: “İşğal altında olan bir neçə kəndin düşməndən boşaldılması, vacib mövqelərin ələ keçirilməsi artıq təmin edilib. Bunlar çoxdan gözlədiyimiz qələbənin ilk müjdələridir. Düşmən layiqli cəzasını alır. Xalq Ali Baş Komandana, qəhrəman Azərbaycan Ordusuna tam dəstəyini ifadə edir. Artıq Bakıda mülki avtomobillərdə Azərbaycan bayraqları dalğalanır. Bu, həm artıq qazanılmış hərbi uğurların sevinci, həm Ordumuza dəstək, həm də daha böyük qələbəyə inam deməkdir. Qəhrəman Azərbaycan Ordusuna eşq olsun!”.

Azvision.az


Teqlər: ƏliƏhmədov  





Xəbər lenti