"Ordumuz heç bir mülki obyekti hədəfə almır" - Hikmət Hacıyev

  27 Sentyabr 2020    Oxunub : 1803
 "Ordumuz heç bir mülki obyekti hədəfə almır" -   Hikmət Hacıyev
Azərbaycan Silahlı Qüvvələri qoşunların təmas xətti boyunca erməni təxribatının qarşısının alınması və işğal edilmiş torpaqların azad edilməsi istiqamətində fəaliyyətini davam etdirir və düşmənə ağır zərbələr endirir.
Azvision.az -ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə,Azərbaycan ordusu beynəlxalq humanitar hüququn tələblərini əsas götürərək öz fəaliyyətini həyata keçirməkdədir və heç bir mülki obyekti hədəfə almır:

“Ermənilərdezinfomasiya yayıb ki, guya sərhəddə döyüşlər davam edir. Bu tamamilə yalnışdır, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək istiqamətində iş aparır. Vəziyyətin gərginləşməsində bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Azvision.az

Teqlər: Hikmət-Hacıyev