XİN-dən Naftalanda həlak olan ailə ilə bağlı açıqlama
"Ermənistan tərəfinin bu vəhşilik aktını qətiyyətlə qınayır, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalinin qorxu içində saxlanılması cəhdinə son verməyi tələb edirik.
Beynəlxalq ictimaiyyət tərəfindən işğalçı ölkənin Azərbaycanın mülki əhalisini hədəfə alan müharibə cinayətləri əməllərinə son verməsini Ermənistandan tələb edilməsi zəruridir.
Ermənistan silahlı qüvvələrinin təcavüz aktı nəticəsində həyatını itirmiş mülki şəxslərimizin yaxınlarına dərin hüznlə başsağlığı bildiririk".
Azvision.az
Teqlər: XİN